XƏBƏR LENTİ
09 Avqust 2022
08 Avqust 2022



Əbülfət MƏDƏTOĞLU yazır:- MƏNİM... ("Bir qadına..." silsiləsindən)
YAZARLAR 09:33 / 13.07.2021

Mənim dualarım Məcnun diləyi
Bütün yer üzünə nur tək yayılır...
Mənim dualarım Leyli ürəyi -
Bütün vüsallara ümid sayılır...
Mənim yaşadığım hicran atəşi
Mənim yaşatdığım ulu sevgidi!..
Mənim ürəyimin son sitaişi -
Əzəli, əbədi yolu sevgidi...
Mənim gözlərimdi kədər yatağı
Mənim dilimdədi ən acı ah!-da...
Mənim xəyalımdı vüsal otağı -
Bunun şahididi hətta Allah da!
Mənim talehimdi kirkirə altda,
Hər an hiss edirəm üyünmə dadın...
Mənim varlığımsan, Sən bu həyatda -
Allahı unudub, öyünmə Qadın!

15501 oxunub

InvestAZ