XƏBƏR LENTİ
08 Dekabr 2021
07 Dekabr 2021
06 Dekabr 2021



"Şuşaya gəlməyi və namaz qılmağı çox arzulayırdıq" - Allahşükür Paşazadə
MƏMLƏKƏT 23:09 / 11.07.2021

Biz Şuşanı ancaq yuxularda görürdük. Şuşa daim bizim dualarımızda idi. Çox arzulayırdıq ki, Şuşaya gələk, burada namaz qılaq, dualar edək. Azərbaycan Ordusu 44 gün ərzində torpaqlarımızı işğaldan azad etdi. Bu Qələbənin əsasında dövlət-xalq birliyi dayanır. Biz bu Qələbəni qazanmaq üçün şəhidlər verdik. Allah onlara rəhmət etsin, ruhları şad olsun.

Yenisəs.az xəbər verir ki, bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə jurnalistlərə müsahibəsində deyib.

Novruz bayramında Azərbaycan Prezidentinin Cıdır düzündə tonqal qalamasının bizə inamımızı qaytardığını qeyd edən QMİ sədri bildirib: "Azərbaycan Prezidenti vurğuladı ki, bütün dinlərə mənsub insanlar öz vətənlərini – Azərbaycanı qoruyurlar. Bu birlik bizi daim zəfərlərə doğru aparacaq”.


5424 oxunub

InvestAZ