XƏBƏR LENTİ
02 Dekabr 2021
01 Dekabr 2021



Günün şeiri - Əbülfət MƏDƏTOĞLUNDAN
YAZARLAR 09:52 / 11.07.2021
Kimi
("Bir qadına..." silsiləsindən)
Mən elə yorulmuşam-
Dəvə yorulan kimi...
Sevgimi qorumuşam -
Kəbə qorunan kimi...
Ay Qibləm, ay Vətənim
Bərabərim və tənim...
Çalış, sevgimi mənim -
Sən də qoru, an kimi!..
Həm Birsən, həm birimsən
Ən müqəddəs pirimsən!
Sonuncu and yerimsən -
Sən mənim - Quran kimi!..

5403 oxunub

InvestAZ