(Saralan dəftərdən" Bir qadına..." silsiləsindən)
Məni əzizləyən hələ ki, sənsən -
Sən də gecikirsən hərdən ömrümə!
Pəncərən önündə gəlib dururam -
Çəkilib divar tək pərdən ömrümə...
Gəzib axtarmadım - olanla doydum
Gözümə, könlümə dolanla doydum...
Sevincə bənzəyən yalanla doydum -
Səpdin kədər adlı zərdən ömrümə...
Bu yerin üstündə, göyün qatında
Sənin varlığınla, sənin adınla...
Ruhumun sahibi Tanrı, Qadınla -
Başladım mən təzə vərdən . ömrümə...
Sabahı harayla, dünəni daşla...
Həyat ölçülmürki il olan yaşla!..
Vallah bu ağılla, vallah bu başla -
Daşınmaz bir yükəm - dərdəm ömrümə..