XƏBƏR LENTİ
07 Dekabr 2021
06 Dekabr 2021
05 Dekabr 2021



ALLAH - Əbülfət MƏDƏTOĞLU yazır
YAZARLAR 09:51 / 09.07.2021

Üzümə qapı kimi
Aç, bu səhəri Allah!
Bu səhərdə unudum -
Qəmi, qəhəri Allah!..
Ruhum göyün birçəyi
Sevgim Cənnət çiçəyi!
Mənə , sən ən göyçəyi -
Ver, bu bəhəri, Allah!
Sinəmdəki o dağı -
Göz suladı o tağı...
Etdin Cəza otağı -
Bu boş şəhəri, Allah!
Onsuz nə axşam, səhər-
Ömür zəhərdən zəhər!
İçirt mənə bir təhər -
Halal zəhəri , Allah!


3592 oxunub

InvestAZ