XƏBƏR LENTİ
16 Oktyabr 2021
15 Oktyabr 2021
14 Oktyabr 2021



AST Telmanın atasının adını daşıyan stadion satışa çıxarıldı
İqtisadiyyat 20:00 / 08.07.2021

Türkiyədə Azərbaycan əsilli milyarder Telman İsmayılovun atasının adını daşıyan və tikintisi 1,4 milyard dollara başa gələn, dünyanın ən dəbdəbəli otellərindən yeddiulduzlu "Mardan Palace"in daxilindəki "Mardan Stadium" satışa çıxarılıb.

Yenisəs.az  Unikal.org-a istinadən xəbər verir ki, T.İsmayılovun uzun müddətdir borcunu ödəyə bilməməsi səbəbindən "Mardan Stadium" İstanbul Anadolu 3-cü İcra Ofisi tərəfindən hərraca qoyulub.

Hərrac iyulun 28-də İstanbul Anadolu Ədliyyəsində baş tutacaq. Stadion 178 milyon 854 lirə qarşılığında satışa çıxarılacaq.

Qeyd edək ki, 102 min 645 kv.m-lik ərazidə inşa edilmiş "Mardan Stadium"da idman kompleksi və bazalar, 2 futbol meydançası, 5 tribuna, məşq meydançaları mövcuddur.

Xatırladaq ki, 2015-ci ildə T.İsmayılov borclarının müəyyən qismini ödədiyi üçün "Mardan Palace"in satışı dayandırılmışdı.


1906 oxunub

InvestAZ