XƏBƏR LENTİ
07 Dekabr 2021
06 Dekabr 2021
05 Dekabr 2021



MƏNİM SÜBH DUAM -Əbülfət MƏDƏTOĞLU
YAZARLAR 10:25 / 06.07.2021

Şükür, pəncərəmi öpüb oxşadı,
İsitdi ruhumu sübhün nəfəsi...
Yenə dan yeriylə bil, baş-başadı -
Bir az da yaşamaq, sevmək həvəsi...
Kipriklər gecəni xəlbirləyərək,
Ümidi, inamı üzə çıxarıb...
Yarıb qaranlığı, gələn səhəri -
Yer adlı, göy adlı düzə çıxarıb...
Hər kəsə açıqdı sübhün qapısı,
Şəfəqlər dağınıq, təbəssüm eyni...
Eşqdi yaşadığım ömrün hamısı -
Bir azca nazikdi ruhumun əyni ...
Dilimin ilk sözü şehli dualar,
Ürək də döyünür hər sübh adınla...
Mənim Sevgi adlı ölməz duam var-
Edirəm Allahım, mən sübhanınla...



3112 oxunub

InvestAZ