XƏBƏR LENTİ
07 Dekabr 2021
06 Dekabr 2021
05 Dekabr 2021



DAN ÜZÜ - Əbülfət MƏDƏTOĞLU yazır (Yuxusuz gecəmin şeiri)
YAZARLAR 09:06 / 05.07.2021

Çırpdı kipriklərin, qacdı yuxusu
Hər kəsin ömrünə güldü dan üzü...
Onun saçlarının cənnət qoxusu -
Saralan anıma gəldi, dan üzü!..
Yalnız Allahdadı bu güc, bu fitrət
Duyulmur baxışdan nə kin, nə küdrət...
Könlümü ovudan ilahi qüdrət-
Yaramı oxşayan əldi, dan üzü...
Deyilən fikirdi, yazılan sözdü
Allah göydən asan ocaqdı, közdü..
Vuruşdu, çarpışdı, sonacan dözdü-.
Gecənin bağrını dəldi, dan üzü...
Seçir bəxt adamı, qədər adamı...
Mən tənha, uğursuz kədər adamı...
Görəsən içində dedi. odamı -
Gəldin sənin ilə, gəldi, dan üzü!
Çırpdı kipriklərin, qacdı yuxusu
Hər kəsin ömrünə güldü dan üzü...
Onun saçlarının cənnət qoxusu -
Saralan anıma gəldi, dan üzü!..
Yalnız Allahdadı bu güc, bu fitrət
Duyulmur baxışdan nə kin, nə küdrət...
Könlümü ovudan ilahi qüdrət-
Yaramı oxşayan əldi, dan üzü...
Deyilən fikirdi, yazılan sözdü
Allah göydən asan ocaqdı, közdü..
Vuruşdu, çarpışdı, sonacan dözdü-.
Gecənin bağrını dəldi, dan üzü...
Seçir bəxt adamı, qədər adamı...
Mən tənha, uğursuz kədər adamı...
Görəsən içində dedi. odamı -
Gəldin sənin ilə, gəldi, dan üzü!



3662 oxunub

InvestAZ