XƏBƏR LENTİ
07 Dekabr 2021
06 Dekabr 2021
05 Dekabr 2021



Yazıçı Elçin Hüseynbəyli Sankt Peterburq şəhərinin oxucuları ilə görüşüb
Ədəbiyyat 15:42 / 01.07.2021

Yazıçı Elçin Hüseynbəyli Sankt Peterburq şəhərinin oxucuları ilə görüşüb

 

İyunun 30-da Sankt Peterburqun (Rusiya) V.Mayakovski adına kitabxanasında yazıçı-dramaturq, Əməkdar incəsənət xadimi, AYB sədrinin müşaviri Elçin Hüseynbəyli ilə onlayn görüş keçirilib.

Bu barədə məlumatı Sankt-Peterburqda yaşayan, layihənin Azərbaycan üzrə əlaqələndiricisi,  şərqşünas-türkoloq, yazıçı Şahnaz Kamal verib.

"Oxuyan Piter” layihəsi çərçivəsində baş tutan tədbirə Rusiyanın müxtəlif şəhərlərindən, Türkiyə və Azərbaycandan da iştirakçılar qatılıb.

Söhbət əsasən E.Hüseynbəylinin  "Oxuyan Piter” müsabiqəsinə təqdim olunmuş "Şaqi komandora, ili 141 pervıy Don Juan” ("141-ci Don Juan”) əsəri və yazıçının yaradıcılığı üzərində qurulub.

İki saata yaxın davam edən görüşdə  yazıçı həyat və yaradıcılığı ilə bağlı oxucuların və ədəbiyyat mütəxəssislərinin çoxsaylı suallarına cavab verib.

Şahnaz Kamal qeyd edib ki, bu, Nobel mükafatçılarının da qatıldılğı layihə çərçivəsində ilk görüşdür. 
2669 oxunub

InvestAZ