XƏBƏR LENTİ
02 Dekabr 2021
01 Dekabr 2021



Əbülfət MƏDƏTOĞLU :- Həsrət qapısında düşüncələr... (" Bir qadına..." silsiləsindən)
YAZARLAR 09:20 / 01.07.2021

Səhəri açıram - səhər biçimdə
Qəhəri çəkirəm - qəhər biçimdə
Zəhər çölümdədi , zəhər - içimdə -
Həsrət dadında...
Gecə üyütdüyüm yuxu qovutdu ,
Göz yaşım gözümün odun soyutdu...
Ürəyim özünə düşmən böyütdü -
Həsrət adında...
Gündüzüm anbaan fikir tağlayıb
Dünənə saralmış ümid bağlayıb...
Gör necə qoruyub , necə saxlayıb -
Həsrət yadında...
Ömrümdə boşluq var, ruhumda taran
Ovutmur könlümü nə dağ, nə ara ...
Aşiqdə gəzməyin - çiçəklər hər an -
Həsrət Qadında!..



3397 oxunub

InvestAZ