XƏBƏR LENTİ
08 Dekabr 2021
07 Dekabr 2021
06 Dekabr 2021



Vəkilə irad bildirən hakim həbs olundu
Maraqli 10:17 / 28.06.2021

Türkiyədə qalmaqalla nəticələnən məhkəmə prosesi keçirilib.

Yenisəs.az  Publika.az-a  istinadla   xəbər verir ki, bu barədə "Haberler" məlumat yayıb.

Bildirilir ki, Ali Apellyasiya Məhkəməsinin 4. Cinayət Palatasında keçirilən iclasda məhkəmə hakimi Mehmet Yoylu vəkil Tuğçe Çətinə ətəyinin normadan qısa olması ilə bağlı irad tutub. Onun ətəyinin fotosunun çəkilməsini istəyib.

Qeyd edilir ki, hakimin bu davranışı təhqir kimi qiymətləndirilib və 1 il 18 gün həbs cəzasına məhkum edilib.

Nəşr yazır ki, Mehmet Yoylunun eyni gün içində daha bir vəkilə açıq şəkildə təhqir etməsi üzə çıxıb və ona əlavə olaraq 1 il bir ay 18 gün həbs cəzası verilib.

Ümumilikdə, 2 il 3 ay 3 gün həbsdə yatacaq hakimin başqa bir xətaya yol verməsə, cəza müddəti aşağı salınacaq.


2485 oxunub

InvestAZ