XƏBƏR LENTİ
08 Dekabr 2021
07 Dekabr 2021
06 Dekabr 2021



Əbülfət MƏDƏTOĞLU : - YAZIRAM ("Bir qadına..." silsiləsindən)
YAZARLAR 17:30 / 23.06.2021

Adımın üstündən xətt çəkib susan ,
Hələ salamatam, hələ yazıram...
Kipriyin ucundan bir damla asan -
Qoyma yanağına gələ...yazıram!..
Durmuşam sakitcə kədər önündə
Dizimi qatlayan qədər önündə...
Desən də, bitmişəm hədər!- önündə -
Mən belə bilmişəm, belə yazıram...
Anlar sovursa da ömrümün külün
Dərmişəm sevginin ən gözəl gülün!
Öyrənə, öyrənə məhəbbət dilin -
Sirrimi sən adlı gülə yazıram!
Mənim duyğularım Leyli xəstəsi.
Xəyalım, xatirəm hicran bəstəsi...
Ürəyim eşq adlı bir gül dəstəsi -
Qorxmuram düşməkdən dilə, yazıram!
Adımın üstündən xətt çəkib susan ,
Hələ salamatam, hələ yazıram...
Kipriyin ucundan bir damla asan -
Qoyma yanağına gələ...yazıram!..
Durmuşam sakitcə kədər önündə
Dizimi qatlayan qədər önündə...
Desən də, bitmişəm hədər!- önündə -
Mən belə bilmişəm, belə yazıram...
Anlar sovursa da ömrümün külün
Dərmişəm sevginin ən gözəl gülün!
Öyrənə, öyrənə məhəbbət dilin -
Sirrimi sən adlı gülə yazıram!
Mənim duyğularım Leyli xəstəsi.
Xəyalım, xatirəm hicran bəstəsi...
Ürəyim eşq adlı bir gül dəstəsi -
Qorxmuram düşməkdən dilə, yazıram!



4146 oxunub

InvestAZ