XƏBƏR LENTİ
07 Dekabr 2021
06 Dekabr 2021
05 Dekabr 2021



Əbülfət MƏDƏTOĞLU : - Bəlkə də... (Saralmış dəftərdən)
YAZARLAR 19:23 / 20.06.2021
Bax, bəlkə də sondu bu
Bəlkə də sondan əvvəl...
Bir söz de, ruhumu yu -
Sondusa... ondan əvvəl...
Çiyinlərim yük altda
Dil, dodağım göyərmiş...
Dərd saymağı həyatda -
Barmaqlarım öyrənmiş...
Kipriklərin ucunda
Donmuş son tumurcuq da...
Ürəyinin içində -
Sən bir " Amin!" pıçılda...
... Bax , bəlkə sən bu sonu
Yaddaşına yazasan...
Yaxandan şəklimi yox -
Bu şeiri asasan!..

3196 oxunub

InvestAZ