XƏBƏR LENTİ
02 Dekabr 2021
01 Dekabr 2021



HANSI GÜNAHIMI BAĞIŞLAMIRSAN? - Əbülfət MƏDƏTOĞLU yazır
YAZARLAR 09:37 / 15.06.2021
Sənə birnəfəsə yar deməyimi,
Sən adlı bir dünyam var!- deməyimi ...
Sevgidi İlahi bar! - deməyimi -
Hansı günahımı bağışlamırsan?
Gözünün nuruna payım - deməyi
Səsinə tez çatan hayım - deməyi...
Daha mən nələri sayım? - deməyi -
Hansı günahımı bağışlamırsan?..
Saçına əlimin xəttin köcürmək
Əlimə saçının bəxtin köçürmək...
Saçını saymaqla vaxtı keçirmək -
Hansı günahımı bağışlamırsan?
Dilimin şəkəri adını etmək
Özünü ömrümün Qadını etmək ...
Deməki günahdı, ta bunu etmək -
Hansı günahımı bağışlamırsan?!



415 oxunub
3747 oxunub

InvestAZ