XƏBƏR LENTİ
07 Dekabr 2021
06 Dekabr 2021
05 Dekabr 2021



Əbülfət MƏDƏTOĞLU: - SAHİLDƏKİ QADIN (Saralmış dəftərdən)
YAZARLAR 09:07 / 13.06.2021

Yuxuda görürdüm deyəsən səni -
Dənizlə əylənib - deyib, gülürdün...
Suya axıtmışdın , deyəsən məni -
Bunu da deməyi eyib bilirdin...
Hər an ürəyincə - xəyal kimiydi
Sərmişdin dənizi ayağın altda...
Sən dəniz qızıydın - Su pərisiydin -
Sənə səs də çatmır, əl də həyatda!..
Səni qollarına alan ləpələr
Mənim qollarıma düyün vurmuşdu...
Məni mənsizliyə səssiz çəkənlər -
Mənə dar ağacın suda qurmuşdu...
Amma qəlbimdəki eşqin dalğası
Sahilə səslədi məni bir anda...
Özümü yanında gördüm, yuxudan -
Oyanıb sahildə gəlib duranda!..

3649 oxunub

InvestAZ