XƏBƏR LENTİ
08 Dekabr 2021
07 Dekabr 2021
06 Dekabr 2021



Gəncədə yaşayış binasında yanğın: Xəsarət alanlar var - FOTO
MƏMLƏKƏT 10:40 / 12.06.2021

Gəncədə 4 mərtəbəli yaşayış binasında yanğın baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində yerləşən binanın sonuncu mərtəbəsində baş verib və qonşu mənzilə də keçib.

Sözügedən ünvandakı mənzildə yanğının anidən baş verdiyi bildirilib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub.

İlkin məlumata görə, yanğının qazsızma səbəbindən baş verdiyi ehtimal olunur.

Nazirliyinin əməkdaşları tərəfindən yanğın söndürülüb.

Yanğın zamanı 3 nəfər - 1981-ci il təvəllüdlü Cabbarov Mirmehdi Mirağa oğlu, 1962-ci il təvəllüdlü Rzayev Ruzigar Salman oğlu və 1966-cı il təvəllüdlü Rzayeva İradə Oktay qızı yanıq xəsarəti alıb.

Bina sakinləri təxliyə edilib.


3976 oxunub

InvestAZ