XƏBƏR LENTİ
07 Dekabr 2021
06 Dekabr 2021
05 Dekabr 2021



Qulu Məhərrəmlinin “Yeni alınma sözlər lüğəti”...
Maraqli 16:12 / 04.06.2021

Professor Qulu Məhərrəmlinin "Yeni alınma sözlər lüğəti” çapdan çıxıb.

Yenisəs.az  xəbər verir ki, Azərbaycan Dövlət Tərcümə Mərkəzinin nəşr etdiyi lüğətdə son 25–30 ildə ana dilimizin leksik fonduna daxil olmuş və müxtəlif sahələrdə, o cümlədən ictimai-siyasi, iqtisadi, sosial-mədəni, elmi-texniki, texnoloji və s. sahələrdə gedən proses və tendensiyaları əks etdirən iki mindən çox əcnəbi sözün izahı verilib. Əsas məqsədi müxtəlif səviyyələrdə işlənən əcnəbi leksikanın - söz, termin və ifadələrin  mənasını aydınlaşdırmaq olan lüğətdə  vaxtilə dilimizin lüğət fondunda öz yerini tutmuş və yeni şəraitdə "hərəkətə” gələrək fərqli semantika ilə çıxış edən alınma leksik vahidlərin izahına da yer verilib.

Qeyd edək ki, kütləvi tirajla çap edilmiş və geniş oxucu auditoriyası üçün nəzərdə tutulmuş kitabın elmi redaktoru, AMEA-nın həqiqi üzvü, professor Nizami Cəfərov "Yeni alınma sözlər lüğəti”ni son illərdə bu qəbildən nəşr olunmuş  ən mükəmməl əsərlərdən biri kimi qiymətləndirib.


2540 oxunub

InvestAZ