XƏBƏR LENTİ
07 Dekabr 2021
06 Dekabr 2021
05 Dekabr 2021



...başqa - Əbülfət MƏDƏTOĞLU ( Tənhalığıma etiraf)
YAZARLAR 18:38 / 03.06.2021

Dilimi sıxıb tuturam
Sözü - demədən uduram...
Mən , hamını unuduram -
Allahdan və səndən başqa!..
Gözümü yola sancıram,
Dərd tapdağında qançıram...
Səssiz - hamıdan qaçıram -
Allahdan və səndən başqa!..
Sinəmi yara edirəm,
Günümü qara edirəm...
Bilən yox, hara gedirəm? -
Allahdan və səndən başqa...
Qəlbimdə çıraq - şam , adın
Başına dönən şamandım...
Heç kim üçün yaşamadım -
Allahdan və səndən başqa!..


4661 oxunub

InvestAZ