XƏBƏR LENTİ
03 Dekabr 2021
02 Dekabr 2021
01 Dekabr 2021



Mən hara təhsil hara Yerində olmayan dələduz bir təhsil şöbəsini müdirinin dilindən.
Ədəbiyyat 12:22 / 16.04.2021


 

 

Başımı bişirdilər.

 Qılığına girdilər

Bir ətək pul verdilər

. Qoydular məni bura

 Mən hara təhsil hara

 

 

. Dedilər burda ötür

 Qaz vurub qazan doldur.

 Arxanda nazir durur

 Eşqinin üzü qara

 Mən hara təhsil hara.

 

 

 Söylədilər budur yol.

 Bir azda ağıllı ol

 Başından yağacaq pul

Heç nədən düşdüm Tora.

Mən hara təhsil hara.

 

 Özünü göstər təmiz.

 Çalış ki, buraxma iz,

Çevirəndə doğman əziz,

 Şirnikdim pula vara,

 Mən hara təhsil hara.

 

 Vaxtıma çox az qalıb

Yazan pozan çoxalıb

Gözlərimdə qaralıb

 Arxayınam Muxtara

Mən hara təhsil hara

 

. Heç kimdir yazıq atam.

 Bərk gedir qaynatam

Sağolsun lap həyatdan.

 Dəstəkdir uşaqlara

Mən hara təhsil hara.

 

Əynimdə indi kəfən,

 Çoxuna oldum düşmən,

Biz beləyik qədimdən,

 İçimiz ,irin yara

, Mən hara təhsil hara.

 

 Pis yerə, ilişmişəm

Gör kimə girişmişəm.

 Amma ki, dirəşmişəm

Qalmışam vurha vura,

 Mən hara təhsil hara.

 

Hədsiz avanturistəm,

 Oxumamış yuristəm,

Bir yandan da çekistəm.

 Təhsil dönüb bazara.

Mən hara təhsil hara.

 

 

İt kimi xasiyyətim

Murdardır şir sifətin

 Eldən gəlir töhmətim

Qorxuram gedəm görə,

 Mən hara təhsil hara.

 

 İlham Musaoğlu

AYB-AJB-nin üzvü, Əməkdar müəĺlim 
2978 oxunub

InvestAZ