XƏBƏR LENTİ
17 Aprel 2021
16 Aprel 2021



MƏNZƏRƏ - Əbülfət MƏDƏTOĞLU (Saralan dəftərdən )
YAZARLAR 17:56 / 07.04.2021


Sən bənövşə yığırsan -
Xatirələri məndə...
Sən ona sığınırsan -
Xatirələrə mən də...

Ovudursan ruhunu,
Həzin , kövrək duyğunu...
Çin edirsən yuxunu -
Xatirələri mən də!

Bir hicranın mehində,
Yuyub "ah"-ın, "eh"- in də...
Bənövşənin şehində -
Xatirələri məndə!

Günüm güllə başlayır
Gül günə gül aşılayır...
Səndə ümid yaşayır -
Xatirələrsə məndə...



892 oxunub

InvestAZ