XƏBƏR LENTİ
17 Aprel 2021
16 Aprel 2021



ÖZÜN - Əbülfət MƏDƏTOĞLU ("Bir qadına..." silsiləsindən)
YAZARLAR 14:15 / 05.04.2021


Ağ atlı çaparmısan,
Çapırsan ürəyimdə?!
Yuxumu aparmısan,
Taparsan ürəyimdə -
Özünü!?
Gecəm şamdı - əriyir,
Bələnirəm tüstümə...
Sol gözüm çox səyriyir,
Əyilib qoy üstünə -
Gözünü!

Ruhumu mən, açılan
Səhərə naxışladım...
Qoy öpsün , bu sancılan -
Yuxusuz baxışlarım -
Üzünü!

Dan üzünün ayazı -
Sakini otağımın...
Toxundur ki, isinim -
Əlinin, dodağının -
Közünü!

Bax, bənövşə şehidi
Kipriyimdəki nəm də...
Xəyalımın sehridi -
Görmək şəklini, həm də-
Özünü!


761 oxunub

InvestAZ