XƏBƏR LENTİ
17 Aprel 2021
16 Aprel 2021



SƏHƏRİMİN SEVGİ ŞEİRİ -Əbülfət MƏDƏTOĞLU ("Bir qadına..." silsiləsindən)
YAZARLAR 17:35 / 31.03.2021


Bu səhərimin adı -
Gözlərinin rəngidi...
Xəyalıma  gətirdim -
Ruhumdakı Cəngidi!..


İçimdə coşub, daşan
Xəyal sərhəddin aşan-
Qoymur ki, qalsın   boş  an -
Deyəm , hissim  səngidi!..

Baxışından  bir  udum
Pay  ver  mənə, Umudum!
Uzat , əlini tutum  -
Tay  nəfəsim  təngidi!..

Həm ətək, həm əl  kəsdin
Sanki  bir  kol - şəl  kəsdin...
Sən  qərarda  tələsdin -
Əbülfət də  ləngidi...



1056 oxunub

InvestAZ