XƏBƏR LENTİ
17 Aprel 2021
16 Aprel 2021



Mehriban Əliyevadan 31 Mart soyqırımı ilə bağlı paylaşım
Gündəm 17:09 / 31.03.2021

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "Instagram" səhifəsində 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib.

Yenisəs.az -ın məlumatına görə, paylaşımda deyilir:

"Bu gün Azərbaycanlıların Soyqırımı Günüdür. 1918-ci ilin mart ayında törədilmiş vəhşiliklər bütün bəşəriyyətə və insanlığa qarşı qanlı cinayətdir. İllər keçsə də biz Azərbaycan xalqının məruz qaldığı etnik təmizləmənin, terror və soyqırımı aktlarının, ona amansızcasına divan tutulmasının ağrı-acısını heç vaxt unutmayacağıq. Faciənin günahsız qurbanlarının nurlu xatirəsini dərin hüznlə yad edir, Uca Tanrıdan bütün şəhidlərimizə rəhmət diləyirəm".


995 oxunub

InvestAZ