XƏBƏR LENTİ
30 Noyabr 2021
29 Noyabr 2021
28 Noyabr 2021



Azərbaycanda koronavirusa yoluxanların sayı 1800-ü keçdi
Sağlamlıq 21:56 / 28.03.2021

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1831 yeni yoluxma faktı qeydə alınıb, 545 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Adalet.az-a  verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 27 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 256 201 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 236 151 nəfər müalicə olunaraq sağalıb, 3 491 nəfər vəfat edib. Aktiv xəstə sayı 16 559 nəfərdir.

Ötən müddət ərzində 2 milyon 837 min 044 test aparılıb. Bugünkü test sayı isə 10 590-dır.


3324 oxunub

InvestAZ