XƏBƏR LENTİ
17 Aprel 2021
16 Aprel 2021



Ərəblər drona göyərçin bağlayıb şahinə yem etdi - Video
Gündəm 20:37 / 20.03.2021

Sosial şəbəkələrdə aktivist Cavid Qara adlı şəxs ov etmək üçün Acınohur ərazisinə gələn ərəb turistlərlə bağlı paylaşım edib. Görüntülərdən aydın olur ki, bir neçə ərəb turist dronun arxasına canlı göyərçin bağlayaraq şahinlərə yem edir. Onların bunu əyləncə üçün etdiyi iddia olunur.

Yenisəs.az  bildirir ki,  məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə Report-a açıqlamasında yayılan görüntülərdən xəbərdar olduqlarını bildirib.

"Bizə məlumat daxil olub, məsələ ilə bağlı araşdırma aparılacaq. Qeyd edilənlərdə qanun pozuntusu olub-olmaması, nə dərəcədə təhlükəliliyi və digər məsələlərə aydınlıq gətiriləcək. Həmçinin ərazidə ETSN-in əməkdaşlarının olması, bu və ya digər dərəcədə pozuntuları görüb, göz yumması kimi faktlar bizə təqdim olunarsa, bu məsələlər də tərəfimizdən obyektiv şəkildə araşdırılıb ictimaiyyətə məlumat veriləcək”, - rəis bildirib.


1257 oxunub

InvestAZ