XƏBƏR LENTİ
17 Aprel 2021
16 Aprel 2021



SƏMƏNİ HAVALI ŞEİR -Əbülfət MƏDƏTOĞLU (" Özümə təsəllilərdən")
YAZARLAR 15:37 / 17.03.2021


Bir sevgi səmənisi
Göyərdirsən əlinlə...
Nəfəsinlə isidib -
Belin bağla telinlə...
Bizim ümid elçimiz,
Göy çəmənimiz olsun...
Sevgi talismanımız -
Qoy səmənimiz olsun...
Ruhumuz dinclik tapıb,
Ümidlə puçurlasın...
Qəlbimiz eyni anda -
"Sevirəm!" - pıçıldasın...
... Kölgələdi təkliyi -
Göyərtdiyin səməni...
Məhəbbətə köklədin -
Bu yaşda da sən məni!


2135 oxunub

InvestAZ