XƏBƏR LENTİ
07 Dekabr 2021
06 Dekabr 2021
05 Dekabr 2021



Ekstrasensdən ölkədə fəlakətlərin gözləndiyi ilə bağlı proqnoz
MƏMLƏKƏT 11:30 / 15.03.2021

Yaxın günlərdə Azərbaycanda ciddi fəsadlar törədəcək güclü külək və yağışın, həmçinin zəlzələnin olacağını proqnozlaşdırıram.

Yenisəs.az  Axar.az-a istinadən  xəbər verir ki, bunu tanınmış ekstrasens Nadim Alixanov deyib. O bildirib ki, həm bu il, həm də gələn il təbii fəlakətlər ilidir:

"İyuna qədər vətəndaşları ehtiyatlı olmağa çağırıram. İnsanlar tikinti aparılan yerlərdən keçərkən diqqətli olmalı, eyni zamanda tikinti işləri aparan şəxslər təhlükəsizlik qaydalarına əməl etməlidir. Həmçinin dənizdə işləyənlər gündəlik hava proqnozlarını izləsinlər. Proqnozlardakından da güclü fəsadlar ola bilər.

Yaxın müddətdə ciddi fəsadlar törədəcək həm güclü külək, həm yağış, həm də zəlzələ kimi hadisələr olacağını hiss edirəm. Bununla bağlı tarix demək çətindir. Həm dünyada, həm də Azərbaycanda bunun baş verə biləcəyini görəcəyik”.


5104 oxunub

InvestAZ