Tanınmış xanəndə Firuz Səxavət Türkiyənin CNN kanalının əməkdaşları ilə işğaldan azad olunmuş Ağdam şəhərinə gedib.
Yenisəs.az Teleqraf.com-a istinadən xəbər verir ki, 18 yaşında doğma yurdundan, evindən uzaq düşən ifaçının 30 illik həsrətinə son qoyulub.
Firuz Səxavət ermənilər tərəfindən dağıdılan evlərinə baş çəkib: "Doğma yurduma qovuşuram deyə sevincimdən uçmağa qanadım yoxdur. Uşaqlığım burada keçib. Bu hissləri bildirmək mümkün deyil. Daşı, torpağı öpmək istəyirəm. Bura bizim ata-baba yurdumuzdur. Ölkə başçımızın qərarını gözləyirik. Şəhərimiz minadan təmizlənsin, hamımız bura köçəcəyik".