XƏBƏR LENTİ
30 Noyabr 2021
29 Noyabr 2021
28 Noyabr 2021



Maral Həsənova -Əsrin BÖYÜK FACİƏSİ
MƏMLƏKƏT 16:00 / 24.02.2021


Xocalı 1991-ci ilin oktyabırında blokada idi. Gediş-gəliş, avtobus əlaqəsi kəsilmişdi. İnsanlar çaşqın vəziyyətdə yaşayırdı. Sbahın ümüdüylə yaşayırdılar. Soydaşlarımız nə qədər dözüm nümayiş etdirsələr də Bakıdan kömək gəlmirdi.

1992-ci ilin 25 dən 26-na keçən gecə erməni silahlı dəstələri SSRİ dövründə Xankəndi (Stepanakert) şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayın zirehli texnikasının hərbi heyyətinin köməkliyi ilə Xocalı şəhərini zəbt etdi. Hücumdan əvvəl fevralın 25-i axşam çağında şəhər toplardan və ağır çaplı silahlardan şiddətli atəşə tutuldu. 26 fevral səhər saat 5-radələrində Şəhər alova büründü. Ermənilərin əhatəsində olan təqribən 2500 nəfər əhali azərbaycanlılar məskunlaşmış Ağdam rayonunun mərkəzinə çatmaq ümüdüylə ağır şəraitdə şəhəri tərk etməyə məcbur oldu. Şəhər yerlə-yeksan oldu. Hərbçilər dinc əhaliyə qarşı divan tutdular. Kiçik yaşlı uşaqlar 63 nəfər, qadınlar 106 nəfər, qocalar 70 nəfər öldürüldü. 8 ailə tamamiylə məhv edildi. 25 uşaq hər iki valideynini itirdi. 130 uşaq valideyinlərindən birini itirdi. 487 nəfər yaralanmışdır. Onlardan 76 nəfər uşaqlardır. 1270 nəfər əsir götürülmüşdür, 150 nəfər itkin düşmüşdür. Dövlətin və əhalinin əmlakına 01.o4. 1992-ci il tarixinə olan qiymətlə 5 milyard rubul dəyərində ziyan vurulmuşdur.

Əhalisi 700 min olan Xocalı Xankəndindən 10 km cənub-Şərqdə Qarabağ dağ silsiləsində Ağdaş, Şuşa, Əsgəran, Xankəndi yollarının üstündə yerləşir. O vaxtı yeganə hava limanı Xankəndində yerləşirdi. Əhali əsasən üzümçülük, heyvandarlıq, arışılıq və əkinçiliklə məşğul olurdu. Şəhərdə toxuculuq fabriki, 2 orta məktəb, və 2 natamam orta məktəb var idi. Dünya mətbuatı bu görünməmiş faciədən çox yazmışdır. Xocalıya hücumda Müstəqil Dövlətlər Birliyinin ordusuna məxsus 366-cı motoatıcı alayın hərbçiləri iştirak etmişlər.

Memorial Hüquq –müdafiə mərkəzi təsdiq etmişdir ki, Xocalıya hyücum zamanı erməni silahlı dəstələrinin dinc əhaliyə qarşı hərəkətləri Cenevrə konvensiyasına həmçinin Ümmumdünya İnsan haqlarının Bəyannaməsinin(BMT-nin Baş Assambleyasının 10.12.1948-ci ildə qəbul edilmişdir) 2, 3, 5, 9, 17 maddələrinə kobud qaydada ziddir.

Azərbaycan Milli Məclisi (Parlament) hər il fevralın 26 –saat 17 -00 da Azərbaycan xalqı Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edir. Sevindirici odur ki, biz bu il Ali Baş Komandanımız və əziz Prezidentimiz İlham Əliyevin rəhbəri olduğu qalib xalqımızla Xocalı soyqırımını yad edəcəyik. Yaşasın Azərbaycan xalqı, yaşasın müzəffər Ali Baş Komandanımız İlham Əliyev!

Maral Həsənova

Bakı şəhəri, Nizami rayon qeydiyyat şöbəsinin r


4544 oxunub

InvestAZ