XƏBƏR LENTİ
17 Aprel 2021
16 Aprel 2021



Paytaxtda bir məktəb də koronavirusa görə bağlandı
Sağlamlıq 09:59 / 23.02.2021

Respublika İncəsənət Gimnaziyasında əyani tədris dayandırılıb.

Buna səbəb təhsil müəssisəsində müəllim və şagirdlər arasında koronavirus infeksiyasının yayılmasıdır.

Belə ki, bir neçə gün əvvəl sinif müəllimlərindən birinin ailəsində, sonra özündə koronavirus aşkarlanıb. Daha sonra gimnaziyanın bir neçə müəllim və şagirdi də virusa yoluxub. Ona görə də Respublika İncəsənət Gimnaziyasında dərslər dayandırılıb. Valideynlərə bildirilib ki, əyani dərslər martın 9-dək təxirə salınır.

Dərslər distant formada davam etdiriləcək.

Qeyd edək ki, bundan əvvəl 82 saylı tam orta məktəbdə də anoloji vəziyyət baş vermişdi. (report)


896 oxunub

InvestAZ