XƏBƏR LENTİ
06 Mart 2021
05 Mart 2021
04 Mart 2021



Üç rayonda silahlı şəxslər saxlanıldı
KRİMİNAL 15:03 / 10.02.2021

DİN əməkdaşları  tərəfindən  müxtəlif  rayon sakinləri arasında qanunsuz silah saxlayan şəxslərə qarşı əməliyyat keçirilib.

Bu barədə  məlumat Yenisəs.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, Göyçay rayon polis şöbəsinin əməkdaşlarının əməliyyat-axtarış tədbiri nəticəsində İncə kənd sakini Ə.Rüstəmovdan müvafiq sənədləri olmayan "TOZ-61” markalı tüfəng aşkar edilib.

Bundan başqa, Samux rayon polis şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Yenikənd kənd sakini B.Hüseynov saxlanılıb. Ondan müvafiq sənədləri olmayan "TOZ-16” markalı tüfəng aşkar edilib.

İsmayıllı rayon polis şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində Laçın rayon sakini C.Quliyevdən müvafiq sənədləri olmayan "İJ-20” markalı tüfəng aşkar edilərək götürülüb.


894 oxunub

InvestAZ