XƏBƏR LENTİ
06 Mart 2021
05 Mart 2021
04 Mart 2021



Cavabsız -Varammı? "Bir qadına..." silsiləsindən
YAZARLAR 14:16 / 10.02.2021


Sevincində, qəmində
Kirpiyinin nəmində...
Hansısa bir dəmində -
Varammı?

Gülüşündə, nazında
Onun çox , ya azında...
Sənin alın yazında -
Varammı?

Gündüzündə, gecəndə
Anı, andan seçəndə...
Ürəyindən keçəndə -
Varammı?

Xəyalında, yuxunda
Ürək qədər yaxında...
Lap düymən tək yaxanda -
Varammı?

Haqqa açıq əlində
Dua kimi dilində...
Cün də, ay da, ilində -
Varammı?


...Özümə özüm qədər
Yoxdur , yaşadan kədər!
Soruşmuram ki, hədər -
Varammı?

Dünyamdakı atəş, nur
Bir azacıq yaxın dur...
Əlini üzümə vur -
Varammı?..




1540 oxunub

InvestAZ