Əbülfət MƏDƏTOĞLU : - DÜNYA, DƏLİYƏ QALIB.. (Günümün şeiri)
YAZARLAR 10:03 / 08.02.2021
Bəlkə də xəyaldasan,
Bəlkə də işdə, gücdə...
Düşünərək ,hardasan -
Bükülmüşəm bir küncdə -
Dünya , dəliyə qalıb...
Ağlımdan gəlib keçən
Xatirə dolu anlar...
Bəzən ilğıma dönər
Aramızda olanlar!-
Dünya , dəliyə qalıb...
Hər söz, hər sual, nida
Ürəyimin təpəri...
Aşa bilmir iddia-
Çevrəndəki çəpəri .
Dünya, dəliyə qalıb...
Mehlə çəkilir tumar,
Şehlə yuyulur yanaq...
Ruhum təbəssüm umar -
Uzandıqca bu sınaq ...
Dünya, dəliyə qalıb...
Sahib dur sən , dəlinə
Ya ovundur, ya da gül...
Fürsət düşüb əlinə -
Qoyma olsun bu od, kül! ..
Dünyan qalıb dəlinə...
2244 oxunub