XƏBƏR LENTİ
06 Mart 2021
05 Mart 2021
04 Mart 2021



Allahımdan istək "Özümə təsəllilərdən"
YAZARLAR 10:51 / 06.02.2021


Səsim quyu dibində
Qaranlığa bükülüb...
Allah, mənim üstümə -
Daşın niyə tökülüb?

Hansı günahdı mənim...
Hansı cəzadı baxdım?!
Su süzürsə çətənim -
Nəyi yandırıb, yaxdım?!

Gözümə hopanı da,
Könlümə köçəni də...
Verdin , mən tapanı da -
Könlümdən keçəni də!..

Haysız, küysüz, tam susqun
Qəm - uyumuş barama...
Yoxsa məni unutdun -
Duz səpmədin yarama?!

...Bezmirəm çəkdiyimdən
Bircə sən sonu göstər...
Al məni, təkliyimdən -
Mənə, sən onu göstər!


1607 oxunub

InvestAZ