XƏBƏR LENTİ
06 Mart 2021
05 Mart 2021
04 Mart 2021



ƏBÜLFƏT MƏDƏTOĞLU: BAŞLAYIR... "Bir qadına..." silsiləsindən
YAZARLAR 10:24 / 03.02.2021


Deyə bilərsən mənə
Günüm  hardan başlayır?!
Qışım  şaxta, sazaqdan -
Yoxsa, qardan  başlayır?

Dincliyim, həm dirliyim
Bütövlüyüm - birliyim...
Kədərlə fənd girliyim -
Ahu-zardan başlayır!..

Gözün  bulud  yığması
Dişin dili sıxması...
Ürəyin tıncıxması -
Yaxa , - dardan başlayır...

Allahın yazdığıdı
Möhür tək basdığıdı...
Sinəmdən asdığıdı -
Ömür - yardan  başlayır...



3315 oxunub

InvestAZ