XƏBƏR LENTİ
03 Dekabr 2021
02 Dekabr 2021
01 Dekabr 2021



Təbriz Əmmayevə vəzifə verildi
MƏMLƏKƏT 09:41 / 03.02.2021

12 Punto 14 Punto 16 Punto 18 Punto

Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru vəzifəsinə təyinat olub.

Yenisəs.az  Report-a istinadən xəbər verir ki, bu vəzifə indiyə qədər direktoru əvəz edən Təbriz Əmmayevə həvalə edilib.

O, Dövlət Neft Şirkətinin (SOCAR) təqaüd proqramı çərçivəsində Böyük Britaniyanın Bristol Universitetinin maliyyə, mühasibatlıq və menecment fakültəsini bitirib, nazirliyə gələnə qədər SOCAR-ın baş ofisində çalışıb.

Xatırladaq ki, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi ölkə prezidentinin 22 sentyabr 2020-ci il tarixli fərmanı ilə yaradılıb. Agentlik bərpa olunan enerji mənbələri və onlardan səmərəli istifadə sahəsində fəaliyyətin təşkilini və tənzimlənməsini təmin edir, dövlət siyasətinin həyata keçirilməsində iştirak edir.


6213 oxunub

InvestAZ