XƏBƏR LENTİ
06 Mart 2021
05 Mart 2021
04 Mart 2021



Unudulmaq işartısı -Əbülfət Mədətoğlu "Bir qadına..." silsiləsindən
YAZARLAR 10:07 / 30.01.2021
Bir dözülməz hiss çökübdü içimə -
Ürəyimin hıçqırtısı keçmir heç...
Özün tapıb verdiyin boy-biçimə -
Qədəri də, ləngimə sən, özün seç!..

Qəm yer salıb kirpiyimin dibinə
Əl gəzdirib təkliyimin "cibinə"...
Qəmimə bax, sonra onun tipinə -
Və sakitcə gözünü sil, .. ötüb keç..

"Oynadıqca" tumar uman tel mehdə
Alovlanır elə bil ki, gül şehdə!
Cəza çəkir ürək "ah"-da, dil "eh"-də -
Ləngimə ki, demiyəsən gecdi...gec...

2470 oxunub

InvestAZ