Keçmiş rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov yüksək vəzifə alıb.
Yenisəs.az AMEA-dan aldığı xəbər uyğun olaraq bildirir ki, AMEA prezidenti Ramiz Mehdiyevin qərarına əsasən, akademik Əli Abbasov İdarəetmə Sistemləri İnstitutuna baş direktor təyin olunub.
Sabiq nazir AMEA-nın müxbir üzvü Əminağa Sadıqovun yerinə bu vəzifəyə gətirilib.
Qeyd edək ki, Ə.Sadıqov icraçı direktor vəzifəsini yerinə yetirəcək.