XƏBƏR LENTİ
06 Mart 2021
05 Mart 2021
04 Mart 2021



İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
Gündəm 20:12 / 16.01.2021

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

Yenisəs.az  Teleqraf.com-a istinadən  xəbər verir ki, məlumatı Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi yayıb.

R.T.Ərdoğan Azərbaycanın haqlı davasında böyük mübarizə ilə əldə etdiyi Qarabağ zəfərinin bölgədə sülh və sabitlik üçün yeni imkanlar yaratdığını deyib. O, yeni dönəmdə Türkiyənin Azərbaycana bütün sahələrdə töhfə və dəstək verəcəyini vurğulayıb.

Türkiyə Prezidenti Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə bərpa və yenidənqurma fəaliyyətlərinin başlamasından məmnunluq hissi duyduğunu söyləyib.


1709 oxunub

InvestAZ