XƏBƏR LENTİ
07 Dekabr 2021
06 Dekabr 2021
05 Dekabr 2021



Şuşa şəhəri elektrik enerjisi ilə təchiz edildi
MƏMLƏKƏT 14:49 / 16.01.2021

"Azərişıq" ASC Şuşa şəhərini elektrik enerjisi ilə təchiz edib.

Qurumdan verilən məlumatda bildirilir ki, işğaldan azad edilmiş Şuşa şəhərinin elektrik enerjisi ilə təchizatı nəticəsində Yuxarı Gövhər ağa məscidinin və əsas küçələri işıqlandırılıb.

Qeyd edək ki, ötən gün Prezident İlham Əliyevin Şuşa şəhərinə səfər edib və çıxışı zamanı, şəhərə elektrik enerjisinin verildiyini bildirimişdi.

Xatırladaq ki, 2020-ci il sentyabrın 27-də Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında qəhrəman əsgərlərimiz əks-hücum əməliyyatlarına başlayaraq 44 gün ərzində 27 illik işğala son qoydular. Məhz müzəffər ordumuzun düşməni qovması nəticəsinsə 2020-ci ilin noyabrın 8-də Şuşa şəhəri işğaldan azad edildi.(teleqrafşcom)


4287 oxunub

InvestAZ