XƏBƏR LENTİ
06 Mart 2021
05 Mart 2021
04 Mart 2021



Dondurur -Əbülfət MƏDƏTOĞLU (Özəl bir anın şeiri)
YAZARLAR 09:41 / 16.01.2021
Mənim sığındığım bu dörd divarın
Üzü buz bağlayıb - nəfəs dondurur...
Sinəmdə ələyir ürək qübarın -
Onu da bu soyuq qəfəs dondurur...

Döymür tay qapımı əli sayalım
Qalıbdı piyada fikrim, xəyalım...
Bilmirəm heç hansı küncdə dayanım -
Məni öləziyən həvəs dondurur!..

Dörd divar içində "Ah"-dı çırağım
Kiprikdən buz damır - ağdı varağım...
Məni tərk etməyən - şıltaq qonağım -
Sükut dediyimiz o səs dondurur!..


1398 oxunub

InvestAZ