Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "Instagram” səhifəsində Prezident İlham Əliyev ilə birlikdə işğaldan azad olunan ərazilərə səfərlə bağlı növbəti paylaşım edib.
Yenises.az-ın məlumatına görə, videogörüntülərdə dövlət başçısı deyir:
"Xocalı rayonunun Sığnaq kəndi. Burada da Azərbaycan, Türkiyə bayraqları və yolu inşa edən Türkiyə şirkətinin, Kolin şirkətinin bayrağı asılıb”.