XƏBƏR LENTİ
18 Yanvar 2021
17 Yanvar 2021
16 Yanvar 2021



Əbülfət Mədətoğlu: Xəyalın görünən üzü ("Özümə təsəlli" dəftərindən)
YAZARLAR 12:40 / 12.01.2021


 

Məni yuxuda görmüsən -

Şükür, yuxun perikməyib...

Elə yuxuda bilmisən -

Həsrətimiz yerikləyib...

 

Görmüsən ...qaçıb - qovuram

Qayıqdan düşürəm suya...

Ovcumu açıb, yumuram -

Kimsə bir dasmcı qan qoya...

 

Görmüsən ... özüm deyiləm

Tükənib . dözüm ! - deyilən...

Canımdakı son heyinən -

Ruhum sənə görükməyib...

 

İndi bəxt çiçəyi tərdi

Çiçək, üstünə şeh sərdi...

Sən gülən görəndə dərdi -

Onu bil, ah körükləyib...

 

...Məni yuxuda görmüsən

Səssiz sənə toxunmuşam...

Gəldin.... ? - adımı demisən -

Oyanmısan... yox olmuşam...



902 oxunub

InvestAZ