XƏBƏR LENTİ
18 Yanvar 2021
17 Yanvar 2021
16 Yanvar 2021



ICESCO nümayəndələrinin azad edilmiş ərazilərə səfəri başladı
MƏDƏNİYYƏT 12:29 / 12.01.2021

İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Salim bin Məhəmməd əl-Malikin başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfəri başlayıb.

Səfər də məqsədi Ermənistan silahlı qüvvələri tərəfindən işğal zamanı Azərbaycanın tarixi-mədəni və dini irsinin məhv edilməsinin nəticələri ilə tanış olmaqdır.

Nümayəndə heyətinin səfəri Füzuli rayonundan başlayıb.

Salim bin Məhəmməd əl-Malikin başçılıq etdiyi nümayəndə heyətini Azərbaycanın mədəniyyət naziri Anar Kərimov, Azərbaycanın ICESCO yanında daimi nümayəndəsi Oqtay Qurbanov, ölkəmizin ICESCO üzrə milli komissiyasının baş katibi, Mədəniyyət Nazirliyinin administrasiya rəhbəri Vasif Eyvazzadə və xarici ölkələr üzrə əməkdaşlıq şöbəsinin müdiri İsa Məmmədov müşayiət edirlər.(publika.az)


660 oxunub

InvestAZ