Hər səhərə ümid kimi baxmışam,
Hər gecəyə yağış kimi yağmışam...
Hər anımda yönü sənə axmışam-
Məgər bunlar günhadırmı de, niyə?
Ürəyimi möhtac qoydun sevgiyə...
Ömrüm orman, kədərim də lalıxdı,
Xəyal dərya, xatirələr balıqdı...
Mən- gördüyün, məndən qalan qalıqdı -
Ruhum indi qəm göyərdir demiyə...
Ürəyimi möhtac qoydun sevgiyə.
Yeri dələn palıd kimi görürdün,
Vüqarıma, ümidimə dönürdün.
Kipriyimə tumurcuq tək hörürdün-
Qəmmi, qaldı varlığımı yemiyə?
Ürəyimi möhtac qoydun sevgiyə.
Hansı ana, hansı haqqa söykəndin?;
Xəyaldasan- yer evindi, göy kəndin...
Son zərbəni axı kimdən öyrəndin?-Bənzəyir o, köhnəyə həm yeniyə...
Ürəyimi sussuz qoydun sevgiyə...