XƏBƏR LENTİ
07 Dekabr 2021
06 Dekabr 2021
05 Dekabr 2021



Bakı-Qazax yolunda 6 maşın bir-birinə çırpıldı
MƏMLƏKƏT 10:50 / 09.01.2021

Kürdəmir rayonunda zəncirvari qəza baş verib.

Hadisə bu gün səhər saatlarında Bakı-Qazax magistral yolunun rayonun Sığırlı kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, bir neçə yük və minik avtomobili, ümumilikdə 6 maşın bir-birinə çırpılaraq qəzaya düşüb. Nəticədə, avtomobillərə ciddi ziyan dəyib, yaralılar var.

İlkin məlumata görə, qəzaya havanın şaxtalı olması və yolun buz tutması səbəb olub.

Faktla bağlı araşdırma aparılır.


4804 oxunub

InvestAZ