XƏBƏR LENTİ
30 Noyabr 2021
29 Noyabr 2021
28 Noyabr 2021



Yurdumun şəhid övladı
MƏMLƏKƏT 17:29 / 08.01.2021

Azərbaycan tarixinin qəhrəmanlıq salnaməsini yazan Vətən oğulları canı,qanı bahasına bu şanlı qələbəyə nail olmuşdur.Xalqımız Vətəninin azadlığı uğrunda döyüşərək canından keçmiş şəhidlərinin adını hər zaman uca tutur.

Vətən müharibəsinin iştirakçısı olan mətin iradəli,qorxmaz oğullardan biri də şəhid Məmmədov Ürfan Çingiz oğludur.O,28 iyun 1994-cü ildə Quba rayonunun Çartəpə kəndində şəhid ailəsində dünyaya göz açıb.Orta məktəbi Nəsib Dadaşov adına Aşağı Xuc kənd tam orta məktəbində bitirib.2011-ci ildə ordu sıralarına çağırılan Ürfan Cəlilabad və Lənkərandakı N saylı hərbi hissələrdə xidmət etmişdir.O,2017-ci ildə uğurla gizir kurslarını bitirərək BTR komandiri kimi vəzifəsini Mingəçevir N saylı hərbi hissədə davam etmişdir.Döyüş, savaş əzmi,əyilməzlik,Qarabağ sevgisi, torpağa bağlılığı onun ruhunda,qanında duyulurdu.Məhz bu amillər idi ki,ona vəzifəsini həvəs və məharətlə yerinə yetirməyə təkan verirdi. Hərbi fəaliyyəti dövründə ictimai-siyasi hazırlıqlarda əldə etdiyi nailiyyətlərinə görə Fəxri fərmanla təltif olunmuşdur.

2020-ci ilin sentyabr ayının 27-də Ermənistan Silahlı Qüvvələrinin işğalçılıq siyasəti nəticəsində başlayan və 44 gün davam edən ikinci Qarabağ müharibəsində əks –hücum əməliyyatlarına qoşularaq ön cəbhədə vuruşur.Ailəsinə zəng edərək qardaşından halallıq istəyib.Müharibədə xüsusi hünər göstərərək düşməni məhv etməyə qadir olan hərbiçimiz döyüş tapşırığını şərəflə yerinə yetirərkən boyun nahiyəsindən aldığı güllə yarası nəticəsində sentyabr ayının 28-də ən uca zirvə olan müqəddəs şəhidlik zirvəsinə ucalır.

Böyük savaş meydanında

Doğma Qarabağında ,

Vətən sağ olsun! deyərək

Çatdı müqəddəs adına.

 

 

 

Şəhidimiz ölümündən iki gün sonar doğulub boya-başa çatdığı Quba rayonunun Çartəpə kəndində dəfn olunur.O ölümü ilə ölümsüzlüyə, əbədiyyətə qovuşmuş oldu.Böyük coşqu və ehtiramla yad olunan şəhidin dəfni zamanı şəhid atasınin həm qürurla, həm də üzüntü ilə öpərək bağrına basdığı dövlət bayrağımızı əziz tutaraq uğrunda can verməyi- şəhid olmağı uca tutur.

Hər kəsin qəlbində əbədi məskən salan şəhidimizin adını qürurla anaraq gözün aydın şəhidim, torpağa qarışan bir damla belə qanının qısası yerdə qalmadı deyirik.Artıq bu gün ÜrfanMəmmədov kimi qeyrətli və şücaətli oğullar sayəsində üçrəngli zəfər bayrağımız erməni vandalizminin əsiri olan Qarabağın ən hündür zirvələrində dalğalanır.Ruhu şad olsun!

Şəhidlər ölməz,Vətən bölünməz!Onlar bizim həm acımız, həm qürurumuz, həm kədərimiz, həm də fəxrimiz olmaqla bərabər qəhrəmanlıqları ilə gələcək nəsillər üçün böyük örnəyimizdir.

 

Gülyanə Zalova

Quba


9226 oxunub

InvestAZ