XƏBƏR LENTİ
08 Dekabr 2021
07 Dekabr 2021
06 Dekabr 2021



Şuşada işlərə başlanıldı
MƏMLƏKƏT 14:04 / 07.01.2021

Cənab Prezident, Sizin Şuşa şəhərinə göndərdiyiniz böyük qrup çərçivəsində şəhərsalma üzrə mütəxəssislər də olmuşdur və Şuşa şəhərinin baş planının hazırlanması üzərində işlərə başlanılmışdır.

Yenisəs.az   Axar.az-a  istinadən  xəbər verir ki, bunu Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev Prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən müşavirədə çıxışı zamanı deyib.

"İlk növbədə, Şuşa şəhərinin ortofoto şəkli çəkilmiş və topoqrafiya işləri davam etdirilmişdir. Eyni zamanda, ərazilərə baxış keçirilərkən orada dəymiş ziyanın qiymətləndirilməsi məsələsinə də diqqət yetirilir. Mövcud vəziyyət dəyərləndirilir və sənədləşdirilir", - o bildirib.


4842 oxunub

InvestAZ