XƏBƏR LENTİ
30 Noyabr 2021
29 Noyabr 2021
28 Noyabr 2021



"O gün olsun, Ata yurdunuzun çırağını yandırasınız!"
Ədəbiyyat 21:46 / 01.01.2021


Əbülfət Müəllimə ən böyük hədiyyəni Ali Baş Komandan və müzəffər Azərbaycan Ordusu ərməğan edib!

Moderator.az gənc yazar, filologiya üzrə fəlsəfə doktoru Xəyalə Əfəndiyevanın əməkdar jurnalist, tanınmış qələm adamı Əbülfət Mədətoğluna ünvanladığı təbrik yazısını təqdim edir:

Söz halallıqdır... Söz ləyaqətdir... Söz vicdandır... Söz zəhmətdir... Söz ilahidən gələn hikmətdir... Bu gün sözün dəyərsizləşdiyi, insanların ucuzlaşdığı bir dünyada Sözünün ləyaqətini vicdanla qorumağı bacaran, xəmiri, mayası halallıqdan və zəhmətdən yoğrulmuş dəyərli, dərin düşüncəli, zəhmətkeş, işıqlı bir İnsanın – Əbülfət Mədətoğlunun bir yaş daha müdrikləşdiyi gündür... Əbülfət müəllim 1 yanvar 1959-cu ildə Dağlıq Qarabağın Xocavənd rayonunun Tuğ kəndində anadan olub və 1991-ci ildən bəri doğulduğu günü qeyd etməyib... Bu il Əbülfət müəllim ömrünün ən unudulmaz hədiyyəsini alıb. Dəmir yumruğu ilə Haqqı, ədaləti bərqərar edən Ali Baş Komandan və haqq savaşından qalib çıxan müzəffər Azərbaycan Ordusu Əbülfət müəllimə Qarabağ boyda bir dünya bağışlayıb. Doğum günündə İnsanı bundan daha xoşbəxt edə bilən nə ola bilər ki?! Ali Baş Komandanın Əbülfət müəllimə bu ərməğanın yanında nə yazsam, sözlərim kölgədə qalacaq... Sadəcə möhkəm can sağlığı, yeni yaradıcılıq uğurları və xoşbəxt baba kimi ailə səadəti arzulayıram! Tanrı Sizi qorusun, Gözəl İnsan! O gün olsun, Ata yurdunuzun çırağını yandırasınız! Amin!

5205 oxunub

InvestAZ