XƏBƏR LENTİ
22 Yanvar 2021
09:22
21 Yanvar 2021



Əməliyyat edilmiş qaziyə qarşı ALÇAQLIQ
MƏMLƏKƏT 13:13 / 04.12.2020

Dünən qazimiz Azadov Ülvi İlham oğlunun uğurlu əməliyyat olduğu haqqında məlumat verilmişdi.

Yenisəs.az publika.az-a  istinadən  xəbər verir ki, bu gün qazinin atası zəng edrək onun səhhətinin yaxşılaşdırılması üçün yığılan yardımın kartdan çəkildiyini bildirib.

Belə ki, məlum şəxs zəng edərək İlham Azadova yardım etmək istədiyini bildirib, bank kartı istəyib. Qazinin atası da kartın şəklini göndərib. Daha sonra həmin nömrənin sahibi pulu köçürmək üçün kartın əks tərəfinin şəklinin lazım olduğunu bildirib. Valideyn də buna ehtiyac olmadığını bilmədiyi üçün kartın əks tərəfinin şəklini də göndərib. Az sonra Ümidə mesaj gəlib ki, kartdan 139 manat çəkilib. Bu mesajdan sonra isə həmin zəng edən nömrə zənglərə cavab vermir.

Məsələ ilə bağlı polisə müraciət edilib.

1119 oxunub

InvestAZ